Tunis prezidenti Kays Səid İsraillə xalqa müraciət edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən Tunis Xalq Məclisində (parlament) müzakirə edilən İsraillə normallaşmanı cinayət hesab edən qanun layihəsindən söz açan ölkə prezidenti deyib ki, onun lüğətində İsrail və onunla münasibət anlayışı yoxdur, oa bilməz: "Mənim söz ehtiyatımda İsraillə normallaşma prosesi yoxdur. Tunisin normallaşmaya münasibəti sabitdir. Normallaşmanı cinayət hesab edən qanun layihəsi ilə bağlı mövqeyimiz parlamentdə müzakirə olundu və bizim mövqe dəyişməyib. Əgər dəyişərsə, bu, Fələstinə və onun xalqına qarşı xəyanət olardı".
Tunisin bütün gücü ilə Fələstinin yanında olmağa davam edəcəyini vurğulayan Səid bildirib ki, işğal bitənə qədər Tunis Fələstinə hər cür dəstəyi verəcək: "Fələstinlilərin işğala qarşı mübarizəsi məzlumların hüquqları uğrunda mübarizəsidir. İşğalçı dövlətlə hər cür münasibət qurmaq cinayətdir, xəyanətdir. Bu cinayəti törədənlərə qarşı Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq olunacaq".
Xatırladaq ki, Tunis Cinayət Məcəlləsinin 60-cı maddəsi işğalçı dövlətlə hər hansı əməkdaşlığı vətənə xəyanət hesab edir və bu cinayətin cəzasının ölüm olduğunu qeyd olunur.
Tahir Şəlvəli
MİA.AZ