Almaniyanın “Mainz 05” komandası ilə müqaviləsinə xitam verilən Anvər Al Qazi sosial media hesabında Fələstinə dəstəyini təkrarlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstinə dəstəyinə görə "Mainz 05"dən qovulan təcrübəli futbolçu növbəti paylaşımında da  prinsipial mövqeyini nümayiş etdirib.

Mərakeş əsilli 28 yaşlı Niderland vətəndaşı olan futbolçu yeni paylaşımında yazıb: "Tək qalmaq olsa belə, doğru olanın yanında olun! Mənim dolanışığımın itirilməsi Qəzzada günahsız və müdafiəsiz insanların başına gətirilən cəhənnəmin yanında heç bir şey deyil".

Fərid

MİA.AZ