"Beşiktaş"ın "Antalyaspor"a 3:2 hesabı ilə uduzduğu matçın fasiləsində Eric Baillyinin oyundan kənarlaşdırılmasının səbəb i ölkədə böyük maraq oyadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Futbolçu paylaşımında hər kəsdən üzr istəyib: "Rəqabətçi olmaq istəyi bizi daha mübariz olmağa məcbur edir. Və bizim istəyimizdə elə budur. Hamımız qazanmaq istəyirik. Səhvimə görə Baş məşqçidən, komanda yoldaşlarımdan və "Beşiktaş" ailəsindən üzr istəyirəm. Ayağa qalxaq və növbəti matçlara köklənəyin...."
Xatırladaq ki, "Antalyaspor"la oyundan sonra Burak Yılmaz Baillynin komanda yoldaşı Tayfur Bingöllə dalaşması səbəbindən oyundan alındığını deyib?
"Mən, "Beşiktaş" formasını ilk 11-ni müəyyən edərkən də, sonradan kimin meydana daxil olmasına qərar evrərkən də əsnək oluram. Xüsusilə ölkəmizə gəlib, bizim oyunçulara hörmətsizlik və kobudluq edənləri əsla qəbul etməyəcəyəm. Məni tanıyırsınız. Nəticə nə olursa olsun, mən belə hərəkəti bağışlaya bilmərəm. Fasildə Erik Beyli ilə problem oldu. Ona görə də onu meydandan çıxartdım. Zədəsi yoxdur. Mənim oyunçumun yaxasından tutub çəkişdirib, sonra da burada oynaya bilməzsən. Mən belə adamam. Məşqçiliyə davam etsəm, belə davam edəcəm".
Fərid
MİA.AZ