"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da "Kasımpaşa"ya 2-1 qalib gəldikdən sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çempionluqla bağlı suala maraqlı cavab verib:

"Liqa çox uzundur. ""Fənərbağça və Qalatasaray qalib gələrək gedəcək. Nəticəni derbilər müəyyən edəcək" kimi bir fikir var. Ancaq liqa həqiqətən çox uzundur. Hər kəs səhv edə, uda və ya uduza bilər. Hesab edirəm, ən az səhv edən çempion olacaq. Çətin matçlar və zədələr olacaq. Ağır oyun cədvəlimiz var, həqiqətən. Konfrans Liqasında oynaayn "Fənərbaxğa"da rotasiya şansı var.  Biz isə hər iki cinahda demək olar ki, eyni oyunçularla gedirik. İnşallah Türkiyə komandaları mart ayına qalar. Biz liqada hər oyunda qalib gəlməliyik. "Fənərbağça” qalib gəlir, ona görə də biz qalib gəlməyə davam etməliyik".

Fərid

MİA.AZ