"Təcili yardım konvoyuna edilən hücum bizi dəhşətə gətirir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus X sosial media platformasında yazıb: "Biz Şifa Xəstəxanası yaxınlığında xəstələri təxliyyə edən təcili yardım konvoyuna ölüm və yaralanmalara səbəb olan hücumdan tamamilə dəhşətə gəldik. Xəstələr, tibb işçiləri, BU KİMİ müəssisələr və təcili yardımlar hər zaman qorunmalıdır".
Qebreyesus İsrail və Fələstini dərhal atəşkəsə çağırıb.
Xatırladaq ki, İsrail ordusunun Şifa xəstəxanası şəhərciyinin girişini və oradakı təcili yardım maşınlarına zərbə endirib. Nəticədə 60-danbn çox insan ölüb, xeyli yaralı var.
Tahir
MİA.AZ