Hizbullah lideri Həsən Nəsrullah İsrailin blokadada saxladığl Qəzza zolağına hücumları bağlı Livanda brifinq keçirib.

Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, o, HƏMAS-ın savaşını haqlı sayıb və "Onlar Allah yolunda döyüşür" deyib.

Hizbullah lideri dünya müsəlmanlarını İsrailə qarşı küçələrə çağırıb: "Küçələrə çıxın və nümayişlərlə reaksiyanızı göstərin. Ərəb ölkələrinə və İslam ölkələrinə səslənirəm: biz bu yola çıxdıq. Biz Fələstin üçün həmrəyik, onlarla çiyin-çiyinəyik. Bu müharibədə iştirak etdikləri üçün İraq və Yəmənə təşəkkür edirik. Nə Birləşmiş Millətlər Təşkilatı, nə Birləşmiş Millətlər Təşkilatının Baş Şurası, nə Avropa Birliyi, nə də Ərəb Liqası fələstinlilər üçün heç nə etməyib. Bu sionist rejim və onun Vaşinqtondakı uzantıları üçün nəsə etmək lazımdır. Qəssam Briqadaları əməliyyata başlayıb. Bu əməliyyat üçün qərar fələstinlilər tərəfindən verilib və əməliyyat tamamilə onlar tərəfindən həyata keçirilib. Və bu, haqlı qərar idi".

Hizbullah lideri bildirib k, son həftələr İsraillə qarşıdurmada 50-dən çox döyüşçüləri ölüb.

O, sonda bölgədə olan ABŞ hərbii bazalarına da hücum edəcəklərini deyib: "Onların davranışınının bir bədəli olmalıdır".

Firudun Səfərli

MİA.AZ