Türkiyənin İzmir şəhərinin Foça rayonunda 68 yaşlı Arif Serdar musiqiçi qonşusuna hücum edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arif Serdar əvvəl qonşusu "Buzuki Niko" kimi tanınan musiqiçi Niko Necdet Keresteciyə əvvəlcvə tüfənglə atəş açıb, ünvanına söyüş və təhqirlər yağdırıb.
Məlumata görə, Kerestecinin şikayət etdiyi Arif Serdar polisdə ifadə verəndən sonra isə bu dəfə balta ilə onun evinə hücum çəkib.
Xəbərdə deyilir ki, tərəflər aarsında gərginliyin səbəbi məişət zəmində bir-birlərinin arxasınca işlətdikləri "yersiz ifadələr" olub.
Firudin
MİA.AZ