İranın şimalındakı Lengerud şəhərində narkoloji mərkəzdə güclü yanğın olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında Xəzər dənizi sahilində Gilan vilayətinin Lengerud şəhərindəki baş verən reabilitasiya mərkəzindəki yanğında 32 nəfər ölüb: "Yanğında 4-ü ağır olmaqla, 16 nəfər isə yaralanıb. Yanğının səbəbi bəlli deyil, hazırda araşdırılır".
Firudun Səfərli
MİA.AZ