Yunanıstanda güclü zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, bu gün Bakı vaxtilə saat 10.26-da Yunanıstanda 5,4 bal gücündə zəlzələ baş verib.

Şiddətli zəlzələ yerin 4 kilometr dərinliyində baş verib və paytaxt Afina ilə Türkiyənin yaxın ərazilərində də hiss olunub.

Zülfiyyə

MİA.AZ