Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin oktyabrın 2-də Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən (CTBT) çıxmaqla bağlı fərman imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putini bu qərarı dünyada böyükm rezonas doğurub.

Məsələyə Avropa İttifaqından (Aİ) da münasibət bildirilib.

Aİ Şurasının yaydığı yazılı açıqlamada Putinin fərmanı Rusiyanın Ukraynadakı müharibə zamanı dəfələrlə istifadə etdiyi nüvə ritorikasına əsaslanan  qərar kimi xarakterizə olunub: "Aİ bu qərardan dərin təəssüf hissi keçirir. Biz Rusiyanı CTBT-nin məqsəd və vəzifələrinə hörmət etməyə çağırıq".

Xatırladaq ki, nüvə silahı sınaqlarını dayandırmaq məqsədi daşıyan CTBT müqaviləsi Rusiya tərəfindən 1996-cı ildə Nyu-Yorkda imzalanıb.

Lamiyə Əhmədli

MİA.AZ