Çinin xarici işlər naziri Vanq Yi İsrail-Fələstin münaqişəsində mülki itkilərin gündən-günə artdığına diqqət çəkərək, beynəlxalq ictimaiyyəti “vicdan və məsuliyyətə” çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, omanlı həmkarı Bədr bin Həməd əl-Busaidi ilə telefon danışığında deyib.
Nzir bildirib ki, vicdanlı və məsuliyyətli ölkə bu faciələrin davam etməsinə icazə verə bilməz: "Oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının fövqəladə iclasında böyük səs çoxluğu ilə qəbul edilən və tərəfləri dərhal humanitar atəşkəsə çağıran qərar bu məsələdə beynəlxalq ictimaiyyətin güclü səsini əks etdirir. Fələstin probleminin kökü fələstinlilərin qanuni milli hüquqlarının tanınmaması, BMT qərarı ilə müstəqil dövlətlərinin yaranmasına mane olunmasıdır. Böhrandan yeganə çıxış yolu iki dövlətli həll variantıdır. Artqı fələstin dövləti rəsmən elan olunamlıdır!".
Vanq problemi iki dövlətli həll yoluna qaytarmaq üçün hərtərəfli, effektiv və səlahiyyətli beynəlxalq sülh konfransı çağırılmalıdır.
Zülfiyyə
MİA.AZ