"Özünə Nurəddin Mehdixanlının qızıyam deyən kəs, bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə Quliyeva bu etirazı gözlüyürmüş kimi bütün saytlara müsahibə verməyə başlayıb.
Hər kəsin səhvləri, günahları ola bilir. Amma 58 yaşlı bir insanı, sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını, millətinə, mədəniyyətinə sərf etmiş insanı mənəvi terror vasitəsi ilə qatil etmək nə dərəcədə ədalətli və doğrudur?
Mən sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edən hər kim olursa olsun, hər nəyim olursa olsun qızım deyə bilmərəm.Mənim qızım belə olmamalıdır. Məgər mən səhv etmişəm?Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram.
Kamran Quliyevden soruşuram sən Kəmalə Quliyevanı qardaşı olaraq qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəyəm”.