ABŞ və Səudiyyə Ərəbistanının müdafiə nazirləri Vaşinqtonda görüşüblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüş zamanı Ostin ABŞ-ın Səudiyyə Ərəbistanının müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsini vurğulayıb.

Səudiyyə Ərəbistanına regional roluna görə təşəkkür edən Austin bölgədəki təhdidlərlə bağlı birgə işləməyə davam edəcəklərini qeyd edib.

Səudiyyə Ərəbistanından olan həmkarına ABŞ-ın İsrailə dəstəyi barədə məlumat verən Ostin ABŞ-ın mülki insanları qorumaq və Qəzzaya humanitar yardım göndərməkdə qərarlı olduğunu sözlərinə əlavə edib.

İki nazir regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Zülfiyyə

MİA.AZ