İzmir sahillərində batmaq üzrə olan miqrantlar xilas olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı İzmir şəhəri üzrə Sahil Mühafizəsi Komandanlığı yayıb.
Bildirilib ki, Seferihisar və Karaburun rayonları sahillərində rezin qayıqlarda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə daxil olan məlumat əsasında əraziyə yönləniblər: "Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sürüklənən rezin qayıqlarda 41 miqrant xilas edərək sahilə çıxarılıb.
Onlarla yanaşı, Yenə Seferihisar, Dikili və Çeşme rayonları sahillərinə yaxın bölgələrdə rezin qayıqlarda 62 qeyri-qanuni mühacir tutulublar".
Tahir
MİA.AZ