ABŞ Virgin adalarında fövqəladə vəziyyət elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Virciniya adalarının qubernatoru Alberi Brayan açıqlama verib.
O, Santa Kruz adasındakı krandan axan suda qurğuşun və mis izlərinin tapıldığını deyib.
Brayan deyib ki, bu səbəbdən adalarda fövqəladə vəziyyətin elan edilib: "Səlahiyyətli şəxslər hazırda Santa Cruzda suyun tədqiqinə başlayıblar. Araşdırma bitənə qədər əhalidən kran suyundan içməmək, hətta yemək bişirməmək xahiş olunub. Ümidvarıq ki, əhali bizim xəbərdarlığa bir nəfər kimi əməl edəcək".
Xatırladaq ki, bundan əvvəl də 51 min insanın yaşadığı Santa Cruz adasındakı krandan qırmızı-qəhvəyi su gəldiyindən əhali panikaya düşmüşdü.
Lamiyə Əhmədli
MİA.AZ