Türkikyəli məşhur iş adamı İnan Kıraç qızı İpek Kıraçın (Koç) bütün var-dövlətinə əl qoymaq istədiyini əsas gətirərək ondan imtina edib.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, İnan Kıraç qızı, Vehbi Koçun qız nəvəsi İpek Koçla (Kıraç) məhkəməlik olub.
Məlumata görə, İnan Kıraç 2020-ci ildə vəfat edən xanımı Suna Kıraçın mirasına görə qızı İpek Kıraçı bu ilin əvvəlində məhkəməyə verib.
İnan Kıraç Suna Kıraçın vəsiyyəti ilə qızı İpek Kıraça verilən "Temel Ticaret ve Yatırım" AŞ-nin 20,13 faizlik səhmlərinin geri alınmasını belə tələb edib.
İddiaya görə, buna səbəb qızının atasına məxsus bütün varidata sahiblənmək istəyi olub: "Bu səbəbdən o, həm də qızından imtina edib".
Qızı isə atasının qaçaqmalçılıqla mə.ğöul olduğunu iddia edərək, ondan prokurorluğa da şikayətçi olub.
Samir Musayev
MİA.AZ