BMT-nin baş katibi İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hava zərbələri endirməsinə sərt reaskiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlama verib.

BMT-nin baş katibi Quterreşin tərəfləri beynəlxalq hüquq qaydalarına əməl etməyə çağırışını yenidən etdiyini bildirən Düjarrikin sözlərinə görə, hər iki tərəf müharibə qaydalarına maksimum səviyyədə əməl etməlidir: "Baş katib bütün mülki şəxslərin öldürülməsini qətiyyətlə pisləyir. O, bütün tərəfləri zorakılığa son qoymağa çağırıb. Cənab Quterreş girovların azad edilməsi və humanitar yardımın çatdırılmasının asanlaşdırılması tələbini hər gün təkrarlayır. Baş katib iki gün əvvəl Qəzzada İsrailin əhalinin sıx olduğu Cibaliya Qaçqınlar Düşərgəsini bombalamasını qətiyyətlə pisləyir. Bilirisniz ki, orada çoxu uşaq və qadın olan fələstinlilər öldülər. Bu, dəhşətlidir...".

Tahir

MİA.AZ