İstanbulda Büyükçekmece gölü quruyub.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, göldə suyun səviyyəsi 3,76 faiz həddinə düşdüyündən bu göldən şəhərə içməli suyun verilməsi dayandırılıb.
İstanbulun müvafiq qurumları digər göllərdə də suyun təhlükəli həddə azaldığını açıqlayaraq, həyəcan təbili çalıblar.
Məlumata görə, İstanbulda mövcud olan su anbarlarında ümumilikdə 18,3 faiz həcmində su ehtiyatı qalıb: "Ömerli gölündə 39,4 faiz, Darlıkda 29,52 faiz, Elmalıda 14,38 faiz, Terkosda 8,28 faiz, Alibeyköydə yüzdə 18,67, Büyükçekmecedə yüzdə 3,76, Sazlıderedə 3,31, İstrancalarda 23,43 faiz, Kazanderedə 7,03, Paçda 7,03,1 faiz su ehtiyatı qalıb. Büyükçekmecedə və Sazlıderedən isə artıq su alışı tam dayanıb. Əgər tezlklə güclü yağışlar olmasa, digər su anbarları və göllərinin ehtiyatı da tükənəcək".
Samir Musayev
MİA.AZ