İsrail dünən bombaladığı Cibaliye Qaçqınlar Düşərgəsini yenidən hədəfə alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzza zolağının şimalında yerləşən Cibaliyə Qaçqınlar Düşərgəsini bombalaması nəticəsində onlarla insan həlak olub və yaralanıb: "İlkin məlumata görə, bugünki zərbə ilə azı 50 nəfər ölüb...".
Xatırladaq ki, dünənki 100-dən çox insanın həlak olduğu hücumda bir tonluq 6 bombadan istifadə edildiyi açıqlanıb.
Onu da qeyd edək ki, son məlumata görə, son 24 saatda Qəzzada daha 271 nəfər həlak olub: "Bununla da ölənlərin sayı 8 min 796-ya çatıb. Onlardan 3 min 648-i uşaqdır".
Zülfiyyə
MİA.AZ