"Cibaliya Qaçqınlar düşərgəsində 7 mülki əsir həyatını itirib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları məlumat yayıb.
Məlumatda bildirilib ki, İsrailin dünən Qəzza zolağındakı Cibaliya Qaçqınlar Düşərgəsinə endirdiyyi zərbə nəticəsində 3-ü xarici pasportlu 7 mülki əsir də həlak olub.
Xatırladaq ki, İsarail dünən bu düşərgəyə 6 bomba atıb. Nəticədə 100-dən çox insan ölüb, xeyli yaralı var.
Zülfiyyə
MİA.AZ