ABŞ dövlət katibi Antoni Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonla danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, Blinken Ukrayna Xİn başçısı ilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Görüş zamanı Blinken Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha bəyan edib və ABŞ-ın ukraynalılara dəstəyini davam etdirəcəyini bildirib.

Xatırladaq ki, Blinken dünən Konqresə İsrail və Uklraynaya 105 milyardlıq yardım paketini təsdiqləmək üçün sənəd təqdim edib.

Lamiyə Əhmədli

MİA.AZ