İsrail daha iki qaçqın düşərgəsini bombalayıb, az 65 nəfər ölüb, yüzlərlə yaralı var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail avisasiyası bu gün Qəzzada 100-dən insan həlak olduğu düşərgəni bombaladıqdan sonra qaçqınların sığındığı daha iki düşərgəni darmadağın edib.

Məlumata görə, az əvvəl İsrail Qəzzanın cənubundakı Nuseyratda 24 mənzildən ibarət binaya zərbə endirib. İlkin məlumata görə, 45 nəfər ölüb, sayı hələki bəlli olmayan yaralılar var: "Çökən binanın altından çıxarılan yaralılar Aksa xəstəxanasına aparılıb. Dağıntı altında hələ də onlarla insan inildəyir...".

Xəbərdə o da deyilir ki, İsrailin bombardmanının digər hədəfi Qəzza şəhəri sahilindəki Şati qaçqın düşərgəsi olub.

Fələstinin WAFA xəbər agentliyinə yerli mənbələrə istinadla yaydığı məlumata görə, düşərgədə bir evə edilən hücumda ən azı 10 nəfər həyatını itirib.

Lamiyə Əhmədli

Mia.az