Cənubi Amerika ölkəsi Çilinin Atakama bölgəsində güclü zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin şiddəti 6,7 bal gücündə olub: "Zəlzələnin episentri ölkənin Atakama bölgəsindəki Vallenar şəhərindən 81 kilometr cənub-qərbdədüşüb. 41 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb".
Lamiyə Əhmədli
Mia.az