Trendyol Super Liqasının 10-cu həftəsində "Fənərbağça" səfərdə "Pendikspor"u darmadağın edib.

Mia.az TRT Spor-a istinadla xəbər verir ki, Pendik Stadionunda saat 19.00-da başlayan qarşılaşmanı baş hakim Abdulkadir Bitigen idarə edib.

30-cu dəqiqədə Erdem Canpolat öz qolu ilə "Fənərbaxça"nı 1-0 önə keçirib.

42-ci dəqiqədə İrfan Can Kahveci vurduğu qolla fərqi 2-yə yüksəldib.

Edin Dzeko 65-ci dəqiqədə vurduğu qolla fərqi 3-ə çatdırıb.

77-ci dəqiqədə Edin Dzeko 2-ci komandasının 4-cü qolunu vurdu.

Edin Dzeko 87-ci dəqiqədə daha bir qolla het-trik edib - 0:5.

Beləliklə, “Fənərbağça” səfərdə “Pendikspor”a qalib gələrək qalibiyyət ardıcıllığını 19-a yüksəldib.

“Fənərbağça” 10-cu həftəni 30 xalla lider olaraq qapayarkən, “Pendikspor” 7 xalla qalıb.

Fərid

MİA.AZ