“Fənərbağça”dan “Real Madrid”ə transfer olunan Arda Gülər ardıcıl zədələr aldıqdan sonra komanda ilə məşqlərə başlasa da, hələ ki, heç bir matça çıxa bilməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə komandanıln baş məşqçisi Karlo Ançelotti İspaniya mətbuatının sualını cavablandırıb.
Təcrübəli məşqçi deyib ki, Arda rəsmi oyunlara çıxmaq üçün hələ gözləməlidir: "Bilirsiniz ki, o, iki dəfə məşqlərdə zədlənib. Bundan sonra məşqə xüsusi proqramla davam edir. O, güclənənə qədər onu riskə ata bilmərəm. Bir az da gözləmək lazımdır".
Xatırladaq ki, "Fənərbaxça"dan 30 milyon avroluq transfer qarşılığında "Real Madrid"ə gedən Arda Gülərin bu həftə rəsmi matça çıxacağı xəbəri yayılmışdı.
Fərid
MİA.AZ