Dünyaca məşhur Ancelina Coli və türk kinosunun əfsanəvi adı Haluk Bilginerin rol aldığı "Mariya" filminin çəkiliş meydançasından yeni görüntülər paylaşılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yunan əsilli amerikalı soprano Mariya Kallasın həyatından bəhs edən "Maria" filmində baş rolu Haluk Bilginer Ancelina Coli ilə bölüşür. İki uğurlu aktyorun rol aldığı “Mariya” filminin çəkiliş meydançasından ilk kadrlar yayımlanıb.

Böyük maraqla gözlənilən filmin çəkilişləri 8 həftə davam edəcək. Çəkilişlər Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq. 

Türk aktyor filmdə yunan əsilli gəmi sahibi və iş adamı Aristotel Onassisi canlandıracaq.

Ləman

MİA.AZ