Bu gün UEFA Avropa Konfransı Liqası D qrupunun 3-cü matçında qrupda hələ də qələbə üzünə həsrət qalan "Beşiktaş" Norveç komandası "Bodo Qlimt"in qonağı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Aspmira" stadionunda baş tutan oyuna ev sahibləri daha istəkli çıxıblar.
Norveçlilər oyunun 29-cu dəqiqəsində hesabı açıblar - 1:0.
58-ci dəqiqədə meydan sahiblərindən Moimbagna daha bir qolla "Beşiktaş"ı cəzalandırıb - 2:0.
86-cı dəqiqədə "Bado" türk komandasını yendən mərkəzə dəvət edib - 3:0
90-cə dəqiqədə norveçli futbolçu avtola imza atıb - 3:1
Qeyd edək ki, bu qrupun lideri "Club Brugge"nin 7 xalı var. "Lugano"nun isə 4 xalı var. Norveç komandası qalib gələrək, xalını 4-ə yüksəldib. "Beşiktaş" isə 1 xallla 4-cü - sonuncu yerdədir.
Xatırladaq ki, komandalar meydana bu start heyətlə çıxıblar:
"Bodo Glimt": Haikin, Vembangomo, Moe, Björtuft, Björkan, Brunstad Fet, Berg, Grönboek, Sörli, Pellegrino, Moumbagna
Beşiktaş: Mert, Onur, Necip, Colley, Masuaku, Onana, Hadziahmetovic, Gezzal, Oxlade-Chamberlain, Raşitca, Abubakar.
Fərid
MİA.AZ