UEFA Avropa Konfransı Liqası H qrupunun 3-cü matçında "Fənərbaxça" Bolqarıstanın "Ludoqorets" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, Ülker Stadionunda Bakı vaxtilə saat 20.45-də başlayan oyunun 42-ci dəqiqəsində Batshuayi hesabı açıb.
52-ci dəqiqədə isə Zajç 2-ci qolu bolqarların qapısından keçirib - 2:0
65-ci dəqiqədə Becao avtqola imza atır - 2:1
90-cı dəqiqədə Zajç dubla imza atıb - 3:1
Oyun bu hesabla başa çatıb.
Bu nəticədən sonra İstanbu klubu 9 xalla qrupun şəriksiz lideri olub.
Xatırladaq ki, İsmail Kartalın rəhbərliyi altında bu mövsüm keçirdiyi 18 rəsmi oyunun hamısında qalib gələn “Fənərbağça” “Ludoqorets”ə qədər Danimarka təmsilçisi "Nordsjaelland"ı 3:1, ikinci oyununda isə səfərdə "Spartak Trnava"nı 2:1 hesabı ilə məğlub edib.
Komandaların oyuna aşağıdakı heyətlə çıxıblar:
"Fənrəbağça": İrfan Can Eğribayat, Osayi, Becao, Djiku, Oosterwolde, Crespo, Fred, Zajc, Cengiz, Kent, Batshuayi
"Ludogorets": Sluga, Witry, Noah Sonko, Nedyalkov, Son, Piotrowski, Gonçalves, Mounir, Vidal, Ruwan Cruz, Duah
Fərid
MİA.AZ