Çempionlar Liqasında "Bavariya"nın "Qalatasarayı" 3-1 məğlub etdiyi matçdan sonra  alman komandasının hücumçusu Harri Keyn maraqlı açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ingilis futbolçu İstanbulda çətin və vacib qələbə qazandıqlarını etiraf edib:

"Həqiqətən vacib qələbədir. "Qalatasaray"ın stadionu həqiqətən çətin yerdir. Azarkeşlərin onları hücuma səslədiyi gurultulu oyunda oynamaq asan deyil. Bu, xüsusilə ilk yarıda işimizi çətinləşdirdi. İkinci hissədə bir az sakitləşdik. Topa daha yaxşı nəzarət edərək, şanslarımızı dəyərləndirdik".

"Qalatasaray"ın stadionunda ilk dəfədir gəldiyini və gördüyünü deyən Keyn bildirib ki, hələ də qulaqlarında uğultu var: "Açığını desəm, matçda qulaqlarım batmışdı. Oyun bitdikdən sonra eşitmə qabiliyyətimi bərpa edirəm. Həqiqətən də gözəl atmosferdir. Bunun üçün təşəkkür edirəm. Çünki əsl futbol elə budur".

Xatırladaq ki, "Bavariya"nın ikinci qoluna 73-cü dəqiqədə Keyn imza atıb.

Fərid

MİA.AZ