"Çukur"un "Yamacı", "Atatürk" filminin "Atatürk"ü və digər çoxsaylı filmlərin baş qəhrəmanı olan məşhur aktyor Aras Bulut İynemlinin böyük qardaşı, aktyor olan Orçun İynemliyə cinayət işi açılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyordan arvadı Eda İynemli şikayət edib.
O, əri tərəfindən döyüldüyünü bildirməklə yanaşı, Orçun İynemlinin İstanbuldakı evdə narkotik becərdiyini polisə açıqlayıb: "O, tez-tez narkotik çəkir, bundan sonra mənə fiziki zərbələr endirir".
Bundan sonra aktyor Orçun İynemlinin evində aparılan axtarış aparılıb və qablarda yetişdirilən narkotik vasitələr ələ keçirilib.
Həbs tələbi ilə məhkəməyə sövq edilən İynemli narkotik satışı ilə məşğul olmadığını və onun puluna da ehtiyacı olmadığını bildirib.
O, yaxşı gəliri olduğunu deyərək, özünün narkotik aludəçisi olduğunu olduğunu etiraf edib: “Şəxsi istifadəm üçün becərirərm və bu aslılıqdan qurtulmaq üçün müalicə alacağam".
Məhkəmə onun barəsində polis nəzarətinə vermə qərarı çıxarıb.
Ləman
MİA.AZ