5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhətilə bu tibb ocağına yerləşdirilib.
Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.
Xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb. Həkim xalq artisinin vəziyyəti yaxşılaşdığına görə onu evə buraxıblar.
Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.