“Şaft”, "Eşq gəmisi" və sair kimi məşhur filmlərdə baş rolu oynayan dünya şöhrətli aktyor Riçard Roundtree 81 yaşında dünyasını dəyişib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan aktyor bu gün həyatı ilə vidalaşıb.
Bu barədə onun dostu Patrik McMinn "ABC News"a açıqlama verib: "Ürəyimiz onun ailəsi ilə birlikdədir".
Xatırladaq k, 50 ildir aktyorluq edən Riçard Roundtree 1971-ci ildə çəkilən dedektiv Con Şaft rolu ilə parlayıb.
Ləman
MİA.AZ