"Qalatasaray"ın "Bavariya" ilə oyununda yeganə qolunu vuran Mauro İkardi azarkeşlərə müraciət edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çempionlar Liqasında "Bavariya"ya 3:1 hesabı ilə uduzsa da, "Qalatasaray" meydana çıxardığı futbolla təqdir edilib. 

Mauro İkardi də bu dəstəkdən dolayı sosial media hesabında fotosunu paylaşaraq tərəfdarlara minnətdarlıq edib: "Sabahınız xeyir, Aslanlar. Bu gün günə bu foto ilə başlamaq istəyirəm, bu klub üçün çox əhəmiyyətli, yaraşan fotodur. Çempionlar Liqasında ən yaxşıların yarışdığı Avropa matçında səssiz qalmaq deyil, diqqətimizi işimizə yönəltmək istəyirik. Bu gün burada olmaqdan nə qədər xoşbəxt olduğumu hər kəsə demək istəyirəm. Dünənki nəticəyə baxmayaraq, bu komanda ilə nə qədər qürurlandığımı deyə bilmərəm. İnsanların sevgisinə görə son dərəcə minnətdaram. Mən burada uğurlu layihəyə inanıram və əminəm ki, bu, kluba böyük qələbələr gətirəcək"

Fərid

MİA.AZ