"Fənərbağça" UEFA Avropa Konfrans Liqası H qrupunun üçüncü matçında sabah Bolqarıstanın "Ludoqorets" komandası ilə qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ülker Stadionunda oynanılacaq və saat 19.45-də başlayacaq qarşılaşmanı ispaniyalı referi Gilermo Kuadra idarə edəcək.

Türkiyə mətbuatı yazır ki, İsmail Kartalın rəhbərliyi altında bu mövsüm keçirdiyi 17 rəsmi oyunun hamısında qalib gələn “Fənərbaxça” “Ludoqorets” maneəsini itkisiz keçməyi hədəfləyib.

"Sarı-göylü"lər ilk oyununda Danimarka təmsilçisi "Nordsjaelland"ı 3:1, ikinci oyununda isə səfərdə "Spartak Trnava"nı 2:1 hesabı ilə məğlub edib.

Qrupunda 6 xalla lider olan İsmayıl Kartalın yetirmələri rəqibini üstələsələr, qrup liderliyində böyük üstünlük əldə edəcəklər.

H qrupunun ilk oyununda “Spartak Trnava”nı 4:0 hesabı ilə məğlub edən qonaq komanda isə ikinci görüşdə “Nordjaelland”a 7:1 hesabı ilə uduzub.

Məlumata görə, "Fənərbaxça" "Ludoqorets"lə qarşılaşmada 3 futbolçusundan yararlana bilməyəcək.

Sarı-göylülərin heyətində zədəli olan Joşua King, Serdar Aziz və Mert Hakan Yandaş sabahkı matçda meydana çıxa bilməyəcək.

Fərid

MİA.AZ