Trendyol Super Liqanın 9. həftəsində "Trabzonspor" "Alanyaspor"la oyundan qalib ayrılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Abdullah Avcının yetirmələri oyuna çox istəkli başlasalar da, qol ikinci hissədə gəlib.
54-cü dəqiqədə "Trabzonspor" hesabı açıb - 1-0.
Oyun bu hesabla başa çatıb.
Bu qələbədən sonra "Trabzonspor" xalını 15-ə çatdıraraq 5-ci pilləyə yüksəlib..
Günün digər matçı turnir cədvəlində 3-cü yeri tutan "Adanaspor"la "Fatih Karagümrük" arasında keçirilib.
"Fatih Karagümrük" gözlənilənlərin əksinə olaraq, adanalıları evlərinə əliboş göndərib - 2:0.
Məğlubiyyətə baxmayaraq, "Adanaspor" ternir cədvəlində 17 xalla mövqeyini qoruyub.
Fərid
MİA.AZ