"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Abdulla Gülün ev sahibliyi etdiyi toplantıda Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammedov, Qırğızıstan prezidenti Almazbek Atambayev, prezident İlham Əliyev iştirak edib. Toplantıdan əvvəl Abdulla Gül prezidentlərlə təkbətək görüş keçirib.
Bodrum Hilton Türkbükü otelində baş tutacaq toplantıda enerji və mədəniyyət sahələrində işbirliyinə dair kokret addımlar atılması gözlənilir.
Qeyd edək ki, Türkmənistan prezidenti bu il dördüncü dəfə keçirilən zirvə toplantısına ilk dəfə qatılır.
