İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtakdan sonra daha bir türkiyəli müğənni ölkədə qəzzaya görə üç günlük matəmə etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənni Zeynep Baştık da Qəzzada həyatını itirən fələstinlilər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsindən narazılıq edib.

Daha dəqiqi, o, matəmə görə, sektordakə qadağalara üsyan edib.

Müğənni bu barədə "İnstagram"dakı səhifəsində paylaşım edərək, bildirib ki, minlərlə insan bu sektordan evinə çörək aparır: "Digər sektorlardakı insanlar kimi, bizim də məsuliyyətlərimiz, ailələrimiz və yaşatmalı olduğumuz bir həyat var. Əgər bir qərar veriləcəksə, biz buna hörmət edirik. Sadəcə kədəri ağrını bölüşmək naminə minlərlə insanın işlərinin niyə dayandırdığını başa düşə bilmirəm..."

Müğənni konsertlərə, teatr tamaşalarına və bütün bədii fəaliyyətlərə aylarla maddi və mənəvi zəhmət sərf etdiklərini xatırladıb və bunların indi ləğvinə qarşı çıxıb...

Onun paylaşımını aşağıda olduğu kimi təqdim edirik: 

Ləman

MİA.AZ