Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu gün prezident Abdulla Güllə görüşüb.

Azvision.az türk mətbuatına istinadən xəbər verir ki, görüş Bodrumdakı "Hilton” otelində baş tutub.

Mətbuatda qapalı keçirilən görüşdə hansı məsələlərin müzakirə edildiyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Türkiyənin Bodrum şəhərində iyunun 4-5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçiriləcək. Prezident İlham Əliyev toplantıda iştirak etmək üçün bu gün Türkiyəyə səfərə gedib.