Məşhur iranlı rejissor Dariuş Mehrjui və həyat yoldaşı, aktrisa Vahideh Mohammadifar evlərində öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, məlumat üzrə hadisə yerinə yetişən polis ər-arvad məşhurların evlərində işgəncə verilmiş halda öldürüldüyünü aşkarlayıb.

Məlumata görə, ilkin müayinə zamanı rejissor Dariuş Mehrjui və həyat yoldaşı, aktrisa Vahideh Mohammadifarın boğaz və bədənlərinin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr endirildiyi bəlli olub: "İlkin müayinə zamanı onlara ağır işgəncə verildiyi üzə çıxıb. Onları boğazlarına daha çox zərbə vurulub, onlaırn boyun nahiyyəsi deşik-deşik olunub. Ancaq bu dəhşətli işgəncənin niyə və ya nə üçün edildiyi hələlik bəlli deyil".

İran mətbuatı yazır ki, polis hələ də qatil və ya qatilləri tapa bilməyib.

Ləman

MİA.AZ