Ukraynanın Odessa şəhərində yerləşən "Harmoniya" özəl litseyinin bir ənənəsi var.
Mia.az xəbər verir ki, məktəb hər həftə xüsusi bir mövzu ilə bağlı həftə elan edir.
Məlumata görə, bu həftə isə Azərbaycan mədəniyyəti və dəyərlərinə həsr olunub.
Qeyd edək ki, artıq uzun illərdir məktəbin şagirdlərinin ən azı 10 faizini Azərbaycanlı şagirdlər təşkil edir.
Bu məqsədlə məktəbdə divarda Azərbaycana həsr olunmuş stend asılıb.
Bundan başqa məktəbdə oxuyan azərbaycanlı şagirdlər tərəfindən ukraynalı və digər xalqların nümayəndələri olan şagirdlər, eləcə də müəllim heyəti Azərbaycan mətbəxinin ləziz yeməklərinə - plov və dolmaya qonaq ediliblər.
Samir
MİA.AZ