Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir. 

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

azertag