YouTube kanalında yayımlanan "Konuşanlar" proqramı ilə qısa müddətdə məşhurlaşan Hasan Can Kaya illər əvvəl Acun Ilıcalı ilə anlaşaraq "Exxen TV"yə transfer olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Candaş Tolqa Işığın verilişində qonaq olan həmin TV-nin sahibi Acun Ilıcalı birlikdə işlədiyi Hasan Can Kaya və Feyyaz Yiğit haqqında sualları cavablandırıb.
Acun deyib ki, vaxtilə Hasan Canın verilişinə 3 dəqiqə baxdıqdan sonra onunla görüşə gedib: "O gündən bir yerdəyik. Həsən Can sonradan elə böyük məbləğdə təkliflər aldı ki... Sözügedən pulu normal riyazi qaydada hesablamaq çətindir. Təsəvvür edin ki, biz Həsən Cana 1 veririksə, 4-5 təklif etdilər. Bilirsən nə dedi? Dedi, Acun böyük qardaşımdır, onunla yola davam edəcəyəm.
Eyni şey Feyyaz Yiğit üçün də keçərlidir. Burada önəmli olan pul deyil, onu qazanırsan. Mən bu iki dəyərli insanla münasibət qura bildim. Açıq deyim ki, təklif olunan pul məni təəccübləndirir. Mən insanları heç vaxt qalmağa məcbur etmirəm. Bu iki dəyərli insanla münasibətimiz mənəvidir. Dünyada ən böyük imtahan puldur".
Ləman
MİA.AZ