Türkiyənin paytaxtı Ankarada Jandarma Komandanlığı 13-cü əsrə aid olan İbranicə 3 qızıl vərəqli kitabı satan şəxslər saxlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı açıqlanmayan şəxslər həmin tarixi kitabı 20 milyon lirəyə satmaq istəyərkən tutulublar.

Prokurorluq bildirib ki, saxlanılanların bu kitabları haradan ələ keçirdikləri ətrafında istintaq tədbirləri davam edir.

Tahir

MİA.AZ