Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ildə
fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının
auditinin nəticələrini özündə əks etdirən
illik hesabatı dərc edilib.
Mia.az-a Fondun Mətbuar Xidmətindən verilən məlumata görə, 2010-cu ildən başlayaraq Neft Fondu tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir. Dövlət Neft Fondunun 2013-cü il üzrə illik hesabatı Azərbaycan dilində dünyəvi poeziyanın görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqifə həsr edilmişdir.
Bu
cür tərtibatda hazırlanan ilk hesabat - 2010-cu il üzrə Neft Fondunun illik
hesabatı dahi Nizami Gəncəviyə, 2011-ci il üzrə illik hesabatı Azərbaycanın
görkəmli şairi Məhəmməd Füzuliyə, 2012-ci il üzrə hesabatı isə İmadəddin
Nəsimiyə həsr edilmişdir.
Neft
Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş tərtibat üslubu
eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə
Fondun kiçik bir töhfəsidir.