Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzi tərəfindən “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə “Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, şair, publisist Qulu Ağsəs medianın, xüsusilə mətbuatın inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.
Qulu Ağsəs bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaranmış gərgin və xaotik vəziyyət Azərbaycan mətbuatından da yan keçməmişdi. Məhz, Ümummilli liderin gərgin səyləri nəticəsində Azərbaycan mediası dinamik inkişaf mərhələsinə qədəm qoyub.
"Ullduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar, publisist Taleh Mansur çıxışında qeyd edib ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dil bilən gənclərin diqqətini cəlb etmək üçün yollar axtarılmasıdır.
Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşləri haqqında videoçarx nümayiş olunub.
Sonda tələbələrə “Ulduz” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.