Baş rol aldığı "Kızılcık Şerbeti" serialında körpəsini zorla həyat yoldaşından alan və müxtəlif oyunlar oynayan "Fatih" obrazını canlandıran Doğukan Güngörə qarşı formalaşan qəzəb "hədəqədən çıxıb".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialdakı roluna görə linç edilən Göngör üçün “Fatihi.tokatla.com” adlı internet saytının açılması hər kəsi heyrətə gətirib.
Məlumata görə, Show TV-də yayımlanan "Kızılcık Şerbeti" serialında baş rolu canlandıran Doğukan Güngörün son bölümlərin biirndə həyat yoldaşı Doğanı (Sıla Türkoğlu) dəli kimi qələmə verərək, övladını zorla alması tamaşaçıları qəzəbləndirib.
Aktyor bu səhnəyə görə onua fiziki güc tətbiqinə şçağırış edən sayt yaradılmasına təəccübünü gizlətməyib: "Çox şey gözləyirdim, amma daha belə yox. Bəli, bu qədərini gözləmirdim".
Ləman
MİA.AZ