2023-cü il üzrə Kimya üzrə Nobel Mükafatı laureatlarının adlarının rəsmi açıqlamadan təxminən 4 saat əvvəl İsveç mətbuatına sızdırılması dünya mediasında sensasiya kimi təqdim olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsveç media orqanları TV4, SVT və TT yerli vaxtla saat 11.45-də, yəni, qaliblərin adlaırnın açıqlanmasından təxminən 4 saat əvvəl elektron poçtlarına onlaırn adlarının göndərildiyini bəyan ediblər.

İsveç Elmlər Akademiyasının baş katibi Hans Ellegren "Associated Press"ə bildiirbki, baş verənlərdən şoka düşüblər: "Biz nə baş verdiyini bilmirik. Bu, çox acınacaqlı bir vəziyyətdir və belə bir hadisənin baş verməsindən çox təəssüflənirik. Nə baş verdiyini dəqiq deyə bilmərəm, çünki biz də bilmirik”. 

Akademiya üzvü Göran Hansson yerli mətbuata verdiyi açıqlamada deyib ki, hər kəsin sahibləri haqqında eyni anda məlumat əldə etməsi mühüm bir prinsipdir: "Ancaq rəqəmsal dövrdə sızmalar qəzet çağından fərqli şəkildə baş verə bilər. Məsələ ilə bağlı araşdırmalar aparırıq".

Xatıərladaq ki, Moungi Gabriel Bavendi, Louis E. Brus və Aleksey İ. Ekimov kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə kimya üzrə Nobel mükafatı alıblar. 

Tahir Şəlvəli

MİA.AZ