«Şərq ulduzu» SMS yarışmasının qalibi
ilə ATV telekanalı arasındakı məhkəmə çəkişməsinə son qoyulub.
Mia.az xəbər verir ki, telekanala
qarşı SMS fırıldağı ilə bağlı iddia qaldırılmışdı. Belə ki, ötən il ATV
kanalında nümayiş olunan «Şərq ulduzu» SMS yarışmasının qalibi Ayla Şiriyeva
onun anası Təranə Şiriyeva yarışda mükafat qismində Bakı şəhərində nəzərdə
tutulan mənzilin verilməməsində kanal rəhbərliyini də günahlandırırdı. Ancaq
telekanal rəhbərliyi bu iddianı qəbul etmir və bildirirdilər ki, kanal həmin
yarışmaya məsul olmayıb. Yalnız o yarışı keçirən şirkətə efir vaxtı ayırıb.
Mia.az xəbər verir ki, 15 yaşlı
Ayla Şiriyeva final səsverməsində 63 min 300 səs yığsa da, da müsabiqənin
təşkilatçısı "OX Production"un direktoru Xalid Süleymanlı mənzil
mükafatını bu günədək onlara təqdim etməyib: « Ona görə də Şiriyevalər Yasamal
rayon Məhkəməsində ATV-yə qarşı iddia qaldırıblar. Lakin həmin məhkəmənin
çıxardığı qətnamə Ayla Şiriyeva və onun anasını təmin etməyib».
Məlumata görə, «Şərq ulduzu»nun
qalibi və anası Yasamal rayon Məhkəməsinin qətnaməsindən Bakı Apelyasiya
Məhkəməsinə şikayət veriblər: «Onların şikayətinə isə ötən gün Bakı Apellyasiya
Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılıb. Daha dəqiqi, Şiriyevalar
iddialarından imtina etdikləri üçün hakim işə xitam verib».
Mia.az