Bir neçə gün əvvəl "Əgər mənə bir şey olarsa, ölkədə gözəllik salonları olan mafiya başçısı Dilan Polat və Engin Polat ailəsi məsuldur" deyə bəyanat verən müğənni Banu Parlakın İstanbulun Bahçeşehir rayonundakı gözəllik mərkəzinə silahlı basqın edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə müğənni sosial media hesabında görüntüləri paylaşıb.
Aydın olur ki, gecə 02.00 və 05.00-da iki dəfə motosikletli iki şübhəli gözəllik mərkəzinin qarşısına gələrək iş yerinə 6 əl güllə sıxıblar.
Bu görüntüləri sosial media hesabından paylaşan obyektin sahibi, müğənni Banu Parlak yenə də Dilan Polat və həyat yoldaşı Engin Polatı məsul tutub: "Günlərdir müzakirə olunan vəziyyətin nəticəsidir. Bu, Dilan Polat və Engin Polatın işləridi. Bunun etirafı var. Bir gənc var, videosu yayılıb. Deyir ki, onu məni, yəni, Banu Parlakı vurmaq üçün killler kimi tutublar. Lakin o, son anda imtina etdiyi üçün ayağında güllələyirlər. Bu barəəd açıqlamamadan sonra gecə 02.00 və 05.00 obyektimə 6 güllə atılır. Mülkimə ciddi zərər dəyib. Bu qədər dərəbəylikmi olar? Baxarıq, görək bu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi hansı addımı atacaq. Mafiyaların sonu olmalıdır".
Ləman
MİA.AZ