İki gün əvvəl İstanbulun Beyoğlu rayonunda parkda başına açdığı atəşlə özünü öldürən tanınmış aktrisa Seda Fəttahoğlu bu gün dəfn olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Seda Fəttahoğlu məmləkəti Giresunun Tirebolu rayonunda torpağa tapşırılıb.
Məlumata görə, rayon mərkəzindəki Yeniköy məhəlləsindəki məsciddə qılınan cənazə namazına Fəttahoğlunun yaxınları, iş yoldaşları və xeyli vətəndaşlar qatılıb. Cənazə namazından sonra Fettaoğlu rayonun Domaçlı kəndinin ailə qəbiristanlığında basdırılıb.
Xatırladaq ki, iki gün əvvəl İstanbulun Gümüşsuyu Ömər Avni Məhəlləsindəki 10 Dekabr Şəhidlər Parkında aktrisa başına bir güllə sıxaraq intihar edib.
İddiaya görə, son olaarq TRT1-də yayımlanan "Cocuklar Duymasın" serialına çəkilən aktrisa ondan sonra xeyli müddət işsiz qaldığından maddi sıxıntılar çəkirmiş....
Ləman
MİA.AZ